Neftçalada baş verən qəzada motosikletçi ağır xəsarət alıb.

2019-11-15 Baxış: 1880
img

15.11.2019.      19:55

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, bu gün saat 18;30 radələrində Neftçala şəhəri 20 Yanvar küçəsi ilə Məhəmməd Əsədov küçələrinin kəsişməsində Həsənabad qəsəbə sakini Əsgərov Eldar İlqar oğlunun idarə etdiyi 10-GG-488 dövlət qeydiyyat nişanlı  VAZ 21074 markalı avtomobillə 1981-ci il təvəllüdlü Əhmədov Taleh Hacıbaba oğlunun idarə etdiyi motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü ağır qapalı kəllə-beyin travması ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.