Bankə qəsəbəsində Kür suyunun səviyyəsi 8 sm artıb

2019-11-16 Baxış: 925
img

Kür çayında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MAYAKİNFO-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 103 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 59 faizinə bərabərdir.

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 133 santimetrə bərabərdir. Salyan məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 59 santimetr olub. Bankədə suyun səviyyəsi 8 santimetr artaraq 147 santimetr təşkil edib.