Neftçalada yaşayış evində partlayış baş verib.

2019-11-20 Baxış: 1645
img

Dünən axşam saatlarında Neftçala şəhərinin mərkəzində yaşayış evində partlayış baş verib.

MAYAKİNFO xəbər verir ki, partlayış  Neftçala şəhər M.Əsədov küçəsi ev 5, mənzil 16 ünvanında yerləşən 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Oruc qızına məxsus mənzildə baş verib. Hadisənin baş vermə səbəbi kimi gün ərzində rayon ərazisində təmir işləri ilə əlaqədar qaz verilişinin müvəqqəti dayandırılmasından xəbərsiz olan ev sahibinin axşam işdən qayıdarkən qəfil elektrik enerjisindən istifadə etməsi göstərilir. Hadisə nəticəsində ikinci dərəcəli yanıq xəsarətləri alan Rahilə Mirzəyeva Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.