Ağcabədi və Masallı Rayon İcra Hakimiyyətinin başçıları dəyişdirilib

2019-11-20 Baxış: 557
img

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

MAYAKİNFO-nun məlumatına görə, Prezident İlham Əliyev Şahin Kərim oğlu Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin digər sərəncamları ilə Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.