Gədəbəydə "Zil" çaya aşıb, ata və oğlu ölüb.

2019-11-23 Baxış: 645
img

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.

Nəticədə Ş. Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.