Salyanda mənzildə kişi meyiti tapılıb

2019-11-26 Baxış: 631
img

Salyanda mənzildə kişi meyiti tapılıb.

Bu barədə MAYAKİNFO-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Salyan rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Zeynalov Əlifağa Səfəralı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.