Toydan sonra itkin düşən Salyan sakininin meyiti tapıldı.

2019-11-26 Baxış: 1005
img

Salyanda iki gün əvvəl toya gedərək itkin düşmüş şəxsin cəsədi kənddəki şadlıq evinin yaxınlığındakı qamışlıqdan tapılıb.

MAYAKİNFO -nun Virtualaz.org-dan əldə etdiyi məlumata görə, rayonun Xıdırlı kənd sakini , 1984-cü ildə anadan olmuş Qabil Valeh oğlu Paşayev iki gün əvvəl qonşu Yenikənd kəndində yerləşən şadlıq evində sünnət toyunda iştirak etdikdən sonra itkin düşüb. Bu gün səhər saatlarında isə Q.Paşayevin cəsədi şadlıq evinin yaxınlığındakı qamış basmış baxımsız yerdən tapılıb.

Hazırda iki azyaşlı oğul atası olan mərhumun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayonlararası şöbəsinə gətirilib.