Ölkəyə gizli yolla xeyli miqdarda metal vintlər, papiros və pirotexniki vasitələr keçirmək istəyən şəxs saxlanıldı

2019-11-26 Baxış: 516
img

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250 D" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Nəticədə nəqliyyat vasitəsinin sağ və sol ayaq altlıqlarında gömrük nəzarətindən gizlədilən müxtəlif ölçülərdə 600 ədəd metal mil, 20 ədəd metal məftil, 417 ədəd metal vint, 2 ədəd metal vint altlığı, 1100 ədəd "Belomorkanal" papirosu, 840 ədəd "Korsar" markalı pirotexniki vasitə və ona aid 146 ədəd karton qutular aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.