Quldurluq etməkdə şübhəli bilinən Neftçala sakini saxlanılıb.

2019-11-27 Baxış: 1461
img

Quldurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb.

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Ağayev noyabrın 22-də Təbriz küçəsində bir nəfərin onu bıçaqla hədələyərək mobil telefonunu aldığını bildirmişdir.

MAYAKİNFO xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini İ.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Nərimanov RPİ-də araşdırma aparılır.