Bakıda qadın küçədə ürəyindən bıçaqlanaraq qətlə yetirilib - FOTO - VİDEO

2019-11-29 Baxış: 595
img

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, təxminən 35-40 yaşlarında olan qadın Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.

Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil.