Abşeronda tapança ilə qətl törədilib

2019-11-29 Baxış: 635
img

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə Pirəkəşkül qəsəbəsində yerləşən Avropa kafesində qeydə alınıb.

Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Orxan Gərayov şəxsi münasibətlər zəmində 1981-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib.

K. Xəlilov xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.