Prezident Administrasiyasında İqtisadi məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsi yaradılıb

2019-11-29 Baxış: 707
img

Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi və Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbəsi əsasında yeni struktur yaradılıb.
 
MAYAKİNFO-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə sərəncamında əksini tapıb.
 
Yeni yaradılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov təyin edilib.