Bakıda ev yanıb, iki azyaşlı tüstüdən zəhərlənərək ölüb

2019-11-29 Baxış: 461
img

Bakı şəhərində fərdi yaşayış evi yanıb. 

MAYAKİNFO-nun məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. 

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.