Neftçalada "VAZ-2107" mağazaya çırpıldı.

2019-12-01 Baxış: 1704
img

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, hadisə dekabrın 1-də saat 22:00 radələrində şəhərin Ağaşirin Cəfərov küçəsində qeydə alınıb. VAZ-2107 markalı 90-ES-882 dövlət qeydiyyat nişanlı avtomobil qəfildən idarəetməni itirərək yolun kənarında olan mağazalara çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və mağazalara ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.