Saatlıda qatar minik avtomobili ilə toqquşub, iki nəfər ölüb-Foto

2019-12-04 Baxış: 538
img

“Azərbaycan Dəmir Yolları” QSC Saatlıda baş verən qəza ilə bağlı məlumat yayıb. 

QSC-dən MAYAKİNFO-ya verilən məlumatda qeyd olunur ki, bu gün saat 09:40 radələrində Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat  hadisəsi baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində  hərəkətdə olarkən,  54 BJ 612  nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil  elektrovozla toqquşub.

Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

**************************************************

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.