Hacıqabulun icra başçısı dəyişdirilib

2019-12-04 Baxış: 565
img

Hacıqabul rayonunun icra başçısı dəyişdirilib.

MAYAKİNFO-nun xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.