Neftçalada Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

2019-12-06 Baxış: 1360
img

Bu gün Neftçalada İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

MAYAKİNFO xəbər verir ki, aksiyada Neftçala Rayon İcra Hakimiyyətin başçısı İsmayıl Vəliyev, ziyalılar, hüquq-mühafizə orqanları və yerli təşkilatların əməkdaşları iştirak edib.

Aksiya zamanı şam, küknar, sərv və digər ağaclar əkilib.

Qeyd edək ki, Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkədə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.