Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

2019-12-11 Baxış: 1745
img

Neftçala şəhərinin M.Ə.Sabir küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Neftçala şəhər sakini Kərimov Ruslan Zakir oğlunun idarə etdiyi 99-HS-547 dövlət qeydiyyat nişanlı Azsamand markalı nəqliyyat vasitəsi qəfil yoldan çıxaraq tikilməkdə olan Olimpia Kompleksinin hasarını çırpılıb. Hadisə zamanı avtomobil kompleksin hasarını aşıraraq ağaca çırpıldığından xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəymişdir. Hadisənin baş vermə səbəbi kimi əks istiqamətdə hərəkət edən avtomobilin qarşı yola çıxması göstərilir.