Neftçalada Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

2019-12-12 Baxış: 832
img

Neftçalada Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş rayon tədbiri keçirilib.

MAYAKİNFO xəbər verir ki, tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.

Ulu Öndərə olan məhəbbətlərini ifadə edən Neftçalalılar Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoymuş, əziz xatirəsi ehtiramla yad edilmişlər.