Neftçalada Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan verilib.

2019-12-12 Baxış: 799
img

Neftçala rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi verilib.

MAYAKİNFO xəbər verir ki, mərasimdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev,  rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ əlilləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların nümayəndələri iştirak ediblər.
      Mərasimdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun ruhuna müqəddəs "Qurani-Kərim"dən ayələr oxunulub.