Mağazalardan silsilə oğurluq edən Neftçala sakini saxlanılıb.

2019-12-16 Baxış: 1305
img

Paytaxtın Nizami rayon ərazisindəki köşklərin birindən pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar.

MAYAKİNFO xəbər verir ki, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-nə keçən gecə rayon ərazisindəki köşklərin birindən 856 manat, 1480 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini O.Abdullayev və Şahbuz rayon sakini olan bir yeniyetmə saxlanılmışlar.

Ətraflarında aparılmış tədbirlərlə onların Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş K.Mustafayevlə birgə daha 4 mağazadan pul, mobil telefon, tütün məmulatı və spirtli içki oğurlamaları, habelə 1 mağazadan oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir. K.Mustafayev də polis əməkdaşları tərəfindən saxlanılmışdır.