Maşının mühərrikxanasında 2 kq heroini ölkədən çıxartmaq istəyən şəxslər ifşa olunub

2019-12-19 Baxış: 557
img

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstana gedən "Mercedes-Benz 190" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) MAYAKİNFO-ya verilən məlumata görə, Azərbaycan vətəndaşları olan sürücü və sərnişini şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kq olan narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.