Salyanda avtomobil aşdı, 2 nəfər xəsarət aldı

2019-12-27 Baxış: 624
img

Salyanda avtomobil aşıb, iki nəfər xəsarət alıb

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Sərxoş vəziyyətdə idarə olunan minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Xələc kənd sakinləri - 1995-ci il təvəllüdlü Günəşov Kənan Faiq oğlu və 1997-ci il təvəllüdlü Söhbətov Əli Məcid oğlu müxtəlif xəsarətlərlə Salyan Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.

 

Faktla bağlı araşdırma aparılır.