Neftçala gündən-günə abadlaşır, gözəlləşir. Fotosessiya

2019-12-27 Baxış: 1698
img

Neftçala şəhərinin mərkəzində yerləşən  Uşaq-İncəsənət Məktəbinin ətrafında aparılan abadlıq-quruculuq işləri yekunlaşmaq üzrədir.

MAYAKİNFO xəbər verir ki, aparılan abadlıq işləri çərçivəsində yeni əsaslı təmir olunmuş Uşaq-İncəsənət məktəbinin qarşısında yerləşən meydanda əhalinin istirahətini təmin etmək məqsədilə yeni skamyalar yerləşdirilmiş, fəvvarə inşa olunmuş, yeni işıq dirəkləri quraşdırılmış və yerə metlax daş örtüyü döşənmişdir. Bundan başqa  insanların marağına səbəb olan şahmat meydanı və "Eiffel qülləsi" fiquru da meydana xüsusi yaraşıq verir.

Aparılan abadlıq işlərinin "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" bayramı ərəfəsinə düşdüyü üçün meydanda yolka qurulmuş və ətraf müxtəlif müxtəlif rəngli işıqlarla bəzədilmişdir. Həmçinin meydanda insanların istifadəsi üçün pulsuz Wİ-Fİ şəbəkəsi quraşdırılmışdır. 

Məlumat üçün qeyd edək ki, dekabr ayının 30-da yaradılmış yeni meydanda bayram tədbiri keçiriləcək və dekabrın 31-də atəşfəşanlıq olacaq.