Neftçalada bayram günü 3 yol-nəqliyyat hadisəsi baş verib.

2020-01-01 Baxış: 2036
img

2019-cu ilin son günü Neftçala rayonu ərazisində 3 yol-nəqliyyat hadisəsi baş verib

MAYAKİNFO xəbər verir ki, yol-nəqliyyat hadisələrindən biri  Neftçala -Salyan yolunun Neftçala rayonunun Qaravəlli yaşayış massivindən keçən hissəsində baş verib. Belə ki, 90-LM-820 dövlət qeydiyyat nişanlı Audi markalı avtomobilin sürücüsü qarşıda hərəkətdə olan traktoru ötmə əməliyyatı etmək istəyərkən əks istiqamətdə hərəkət edən 99-MS-267 dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobili vurub. Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq aşağı düşmüşdür.

Daha bir hadisə axşam saatlarında şəhərin H.Əliyev prospektində baş verib. Piyada zolağında hərəkət edən piyadaya yol vermək üçün dayanan 99-BR-947 dövlət qeydiyyat nişanlı Hundai markalı avtomobili arxadan sürətlə gələn 47-BD-839 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil vurmuşdur. 

Digər hadisə isə səhər saatlarında Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında VAZ-2107 markalı avtomobilin sürücüsünün qəfil idaəetməni itirməsi nəticəsində yolun kənarındakı ağaca çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olmuşdur. 

Hər üç hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəymişdir.