Şəmkirdə polis yol qəzasında ölüb

2020-01-06 Baxış: 596
img

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Əhmədov Tural Telman oğlunun idarə etdiyi "Fiat Doblo" avtomobili aşıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Tural Əhmədov Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsinin baş əməliyyat müvəkkilidir. 

Faktla bağlı araşdırma aparılır.