Sabirabadda hərbi xidmətdən yenicə qayıdan gənc dəm qazından boğulub

2020-01-07 Baxış: 598
img

Sabirabadda 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndində baş verib.

Suqovşan kənd sakini, 1999-cu il təvəllüdlü Cabbarov Camal Yaqub oğlu vanna otağında çimərkən dəm qazından boğulub.

Qey edilir ki, adıçəkilən gənc ötən gün hərbi xidmətini başa vuraraq evinə dönüb.

Faktla bağlı araşdırma aparılır.