Badamdarda sürüşmə olub, yol bağlanıb -FOTO

2020-01-09 Baxış: 533
img

"Yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

MAYAKİNFO APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

ETSN tərəfindən ərazidə monitorinqlər aparılır.