Ağcabədidə intihara cəhdin qarşısı alınıb -XİLASETMƏ ANI-VİDEO

2020-01-11 Baxış: 524
img

Yanvarın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində bir nəfər qadın intihar etmək istəyini nümayiş etdirib. 

MAYAKİNFO-nun FHN-ə istinadən məlumatına görə, dərhal əraziyə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasedicilərinin çevik müdaxiləsi sayəsində özünü Yuxarı Qarabağ kanalına ataraq intihara cəhd edən vətəndaş sudan çıxarılaraq xilas edilib və aidiyyəti üzrə təhvil verilib.