Oğuzda yük maşını ilə minik avtomobili toqquşub, ölən və yaralanan var

2020-01-11 Baxış: 656
img

Oğuzda baş verən yol qəzasında yaralanan iki şəxsdən biri xəstəxanada ölüb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, qəzada yaralanan şəxs Oğuz rayonunun Qumlax kənd sakini, "VAZ 2106" markalı avtomobilin sürücü,  1953-cü il təvəllüdlü Yusif Abdulqədir oğlu Ramazanov, ölən isə onun həmkəndlisi, 1929-cu il təvəllüdlü Əhməd Asim oğlu Rəhimovdur. 91 yaşlı Əhməd Rəhimov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən orda ölüb. 

***************************************

Oğuzda yük maşını ilə minik avtomobili toqquşub.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Qumlaq kəndi ərazisində baş verib. “Ford” markalı xırdatutumlu yük maşını ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza zanamı iki nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.