Salyanda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb

2020-01-14 Baxış: 631
img

Salyan rayonunda baş vermiş bıçaqlanma zamanı xəsarət alanların kimliyi müəyyən edilib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, rayonun Bəydilli kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Tərlan Əhmədağa oğlu və 1994-cü il təvəllüdlü Səfərov Nicat Həmid oğlu cərrahi əməliyyat olunaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki şəxs münaqişə zamanı bir nəfər tərəfindən bıçaqlanıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.