Neftçalada "VAZ-2107" ağaca çırpılıb.

2020-01-19 Baxış: 1681
img

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayon Həsənabad qəsəbə sakinin Əsgərov Eldar İlqar oğlu idarə etdiyi 07-BA-600 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobillə Neftçala şəhər H.Əliyev prospektində hərəkətdə olarkən qəfil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisənin baş vermə səbəbi kimi yolun yaş olduğundan sürüşkən olması göstərilir. 

Faktla bağlı araşdırma aparılır.