Bakıda evdən 53 min manatlıq oğurluq olub

2020-01-22 Baxış: 605
img

Bakıda mənzildən 53 min manatlıq oğurluq olub.

MAYAKİNFO-nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonu R. Quliyev küçəsi ev 8-də qeydə alınıb.

Bakı şəhər sakini Rəna Məmmədovaya məxsus mənzilə daxil olan naməlum şəxs evdən 500 dollar, 60000 rubl, 200 manat və 50000 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Qadına ümumilikdə 53 min manat ziyan dəyib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü ( oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Solmaz Alıyeva şübhəli şəxs qismində saxlanılıb.