Bakıda aptekdə əməliyyat keçirilib, 2 əczaçı saxlanılıb

2020-01-22 Baxış: 543
img

Bakıda əczaçılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərək götürülüb.