Nazir müavini Neftçala və Biləsuvarda işləyən gənc müəllimlərlə görüşüb

2020-01-24 Baxış: 210
img

Yanvarın 24-də Təhsil nazirinin müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.

MAYAKİNFO xəbər verir ki, görüşdə Biləsuvar və Neftçala rayon ümumtəhsil məktəblərinin gənc müəllimləri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında geniş çıxış edib. Nazir müavini müəllim və şagird arasında səmimi ünsiyyətin yaradılması, müasir texnologiya və tədris metodlarından istifadə imkanlarının vacibliyini vurğulayıb.

Nazir müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində əldə edilən nailiyyətlərdən və görülən işlərdən də ətraflı söz açıb.

Nazir müavini çıxışının sonunda müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş gənc müəllimlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

Sonda xatirə şəkili çəkdirilib.