Neftçalada üçotaqlı ev yanıb

2020-01-24 Baxış: 1144
img

Neftçala rayonunun Qaraqaşlı kəndində ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən MAYAKİNFO-ya bildiriblər ki, hadisə nəticəsində üçotaqlı ev əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.