Kənd Təsərrüfatı naziri Saatlıda, müavinləri Neftçala və Hacıqabulda vətəndaşları qəbul edəcək.

2020-01-24 Baxış: 760
img

Kənd Təsərrüfatı naziri İnam Kərimov yanvarın 25-i saat 11:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən MAYAKİNFO-ya bildirilib ki, həmin gün saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində Neftçala və Salyan rayonları, nazir müavini Elçin Zeynalov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98), Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-277-22-74) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.