Neftçalada iki avtomobil toqquşdu, biri yandı.

2020-01-28 Baxış: 1995
img

Neftçalada yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yanıb.

MAYAKİNFO xəbər verir ki,   Quliyev Anar Əliyavər oğlu idarə etdiyi Gürcüstan Respublikasına məxsus dövlət qeydiyyat nişanlı "Mercedes-E klass" markalı avtomobillə Neftçala rayonunun Qaravəlli yaşayış massivində hərəkətdə olarkən qarşısına çıxan maneəni dəf etmək üçün qəfil əyləcdən istifadə edib. Bu zaman arxadan gələn Dərya Mənəfova məxsus 10-PB-192 dövlət qeydiyyat nişanlı Kia Rio avtomobili Mercedes-ə çırpılıb. Zərbədən Mercedes markalı avtomobil alışaraq yanmağa başlayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, Mercedes markalı avtomobilin yanar hissələri yanıb, Kia markalı avtomobil yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma başlayıb.