Aptekdən pul oğurlayan Salyan sakini saxlanılıb.

2020-02-01 Baxış: 613
img

Apteklərin birindən 585 manat oğurlamaqda şübhəli bilinən Salyan rayonunun Peyk kənd sakini T.Eyvazov saxlanılmışdır.


MAYAKİNFO xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərin birindən 585 manat oğurlamaqda şübhəli bilinən Peyk kənd sakini, əvvəllər məhkum olunmuş T.Eyvazov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha bir həyətyanı sahədən 2 baş inək oğurlaması da müəyyən edilmişdir.