Bakıda ağaca çırpılan motosikletin sürücüsü ölüb - FOTO - VİDEO

2020-02-04 Baxış: 606
img

Bakıda baş verən qəzada xəsarət alan motosiklet sürücüsü ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən MAYAKİNFO-ya verilən məlumata görə, fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. Xəsarət alan sürücü ölüb.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

****************************************

Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO APA-ya istinadən xəbər verir ki, qəza "Azneft" meydanının yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan motosiklet idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.