Bakıda polis rəisi işdən azad edilib

2020-02-05 Baxış: 640
img

Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov işdən azad edilib.

MAYAKİNFO-nun məlumatına görə, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, xəbəri ilk avtosfer.az saytı yayıb.