Şirvanda qadın 8-ci mərtəbədən yıxılaraq ölüb

2020-02-06 Baxış: 527
img

Şirvanda bədbəxt hadisə baş verib.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərcikdə qeydəalınıb. Füzuli rayon sakini, 1960-cı il təvəllüdlü Əliyeva Aygüzar Allahverdi qızı 8-ci mərtəbədən yıxılıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.