Zaqatalada məktəbli itkin düşüb - FOTO

2020-02-11 Baxış: 559
img

Zaqatalada 10-cu sinif şagirdi itkin düşüb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü İmran İlqar oğlu Qardaşov fevralın 2-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

İ. Qardaşov evdən çıxan zaman əynində göy rəngli cins şalvar, mavi rəngli qış gödəkçəsi və idman ayaqqabısı olub. 

Qeyd edək ki, İ. Qardaşov Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdidir.