Zaqatalada yaşayış binasında tüstülənmə başlayıb - FOTO

2020-02-14 Baxış: 575
img

Bu gün səhər saatlarında Zaqatala şəhəri C.Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində güclü tüstülənmə başlayıb.

MAYAKİNFO-nun APA-dan əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, müvafiq qurumların nümayəndələri cəlb edilib. 

Hazırda bina sakinləri təhlükəsiz əraziyə təxliyə edilir.