"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb

2020-02-18 Baxış: 489
img

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə MAYAKİNFO-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Hazırda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. 

Hazırda yanğın yerində soyutma və kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə  konstruktiv materialların sökülməsi işləri davam etdirilir.