Neftçala sakinindən 445 qram marixuana götürülüb.

2020-02-18 Baxış: 1368
img

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

MAYAKİNFO xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yenikənd kənd sakini Zaur Nağıyev Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 445 qram marixuana aşkarlanıb.