Neftçalada "Mercedes" inəyi vuraraq öldürüb.

2020-02-18 Baxış: 971
img

Bu gün səhər saatlarında Neftçala-Salyan avtomobil yolunun Qaravəlli yaşayış mətəqəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayon Mayaq kənd sakini Famil Həsənov idarə etdiyi 99-MA-119 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili ilə hərəkətdə olarkən qəfil yola çıxan inəyi vurub. Zərbənin gücündən inək yerindəcə ölüb.