Neftçala və Salyanda ev yanıb. YENİLƏNİB. Foto-Video

2020-02-19 Baxış: 1196
img

Ötən gecə Neftçala və Salyan rayonlarında yanğın hadisəsi baş verib.

MAYAKİNFO xəbər verir ki, Neftçala rayonunun Qırmızıkənd kəndində 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Fərman oğluna məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli, dam örtüyü qamışdan ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
Digər yanğın hadisəsi isə Salyan rayonunun Yenikənd kəndində baş verib. Belə ki, Yenikənd kəndində ümumi sahəsi 52 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.