Piyadanı vurub hadisə yerindən qaçan Neftçala sakini saxlanılıb

2020-02-24 Baxış: 892
img

Fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Bakı şəhər sakini V.Ələkbərova naməlum avtomobillə vurulub. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MAYAKİNFO-ya bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək qaçmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.