FHN Neftçalada maarifləndirmə tədbiri keçirib.

2020-02-24 Baxış: 754
img

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Muğan Regional Mərkəzinin əməkdaşları ilə birgə maarifləndirmə tədbiri keçirib.

FHN-dən MAYAKİNFO-ya bildiriblər ki, Neftçala rayonunun Mirqurbanlı kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə istifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücüləri naviqasiya cihazları, xilasedici vasitələr və onlardan istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.